• Bakı 18° C

    2.44 m/s

Ukraynada MiQ-29 qırıcısı qəzaya uğradı - pilot öldü

DÜNYA

23 Avqust 2025 | 09:45

Ukraynada MiQ-29 qırıcısı qəzaya uğradı - pilot öldü

Ukraynada MiQ-29 qırıcısı qəzaya uğrayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

    Bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin MiQ-29 qırıcısı döyüş tapşırığını yerinə yetirdikdən sonra eniş zamanı qəzaya düşüb. Hadisə nəticəsində pilot həlak olub.

    “2025-ci il avqustun 23-nə keçən gecə 1979-cu il təvəllüdlü mayor Sergey Viktoroviç Bondar döyüş tapşırığını yerinə yetirdikdən sonra eniş edərkən həlak olub”, – məlumatda qeyd olunub.

    Qəzanın səbəbləri araşdırılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    22 Oktyabr 2026