• Bakı 10° C

    10.94 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

Son 2 ildə Ukraynada müxtəlif illərdə təhsil alan üç mindən çox tələbənin diplomu Azərbaycanda tanınıb

CƏMİYYƏT

29 Avqust 2025 | 15:56

Son 2 ildə Ukraynada müxtəlif illərdə təhsil alan üç mindən çox tələbənin diplomu Azərbaycanda tanınıb

Azərbaycanda 2022-2024-cü illər ərzində Ukraynada müxtəlif illərdə təhsil almış 3673 tələbənin müraciəti barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib.

Bakıvaxtı.az xəbər verir ki,  bu barədə "Report"un sorğusuna cavab olaraq Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) bildirilib.

Agentlik müharibə davam edən müddətdə Ukraynada təhsil almağı seçən tələbələrin diplomlarının tanınması məsələsinə münasibət bildirib:

"Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 4-cü bölməsində qeyd olunan tələblərin tam təmin olunması şərtdir".

Sözügedən qaydalar şəxsin təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması, tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunmasını nəzərdə tutur.

Bundan başqa, qeyd olunub ki, xarici ölkələrdə yerləşən universitetlərə getmədən qiyabi və əyani təhsilalma formaları üzrə onlayn qaydada əldə olunmuş xarici kvalifikasiyaların Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən tanınması mümkün deyil.


SON XƏBƏRLƏR

10 Aprel 2026