• Bakı 23° C

    1.69 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Ukraynalı məşhur pilot öldürüldü

DÜNYA

29 Aprel 2022 | 17:11 | Müəllif: Subhan Mahmudov

Ukraynalı məşhur pilot öldürüldü

Rusiyanın Ukraynaya təcavüzünün ikinci ayı keçdiyi bir vaxtda Ukraynada müqavimət simvoluna çevrilən və 40 rus təyyarəsini vurduğu iddia edilən “Kiyev Kabusu” ləqəbli sirli qırıcı pilotun öldürüldüyü açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bir uşaq atası olan 29 yaşlı mayor Stepan Tarabalka  MiQ-29-la düşmən qüvvələri ilə döyüşərkən vurulması nəticəsində həlak olub.

Ukrayna mənbələri bu gün Britaniyanın "The Times" qəzetinə qırıcı pilotun kimliyini və ölümünü təsdiqləyib.

Ukrayna hökuməti “Kiyev Kabusu”nun görüntülərini paylaşaraq, onun işğalın ilk günlərində 40-dan çox Rusiya təyyarəsini vurduğunu iddia edib. Ukraynalıların müqavimət simvoluna çevrilən pilotun ölümü ölkədə də kədər yaradıb. Sosial media hesabında bir çox insan "Kiyev Kabusu"na öz təşəkkürünü bildirib.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026