• Bakı 20° C

    3.45 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.0391

Ukraynanın Kursk hücumu: Belarus qorxuya düş

DÜNYA

12 Sentyabr 2024 | 22:02

Ukraynanın Kursk hücumu: Belarus qorxuya düşdü

Ukrayna qoşunlarının Kursk vilayətində keçirdiyi əməliyyat Belarusda narahatlığa səbəb olub və ölkədə “qanunsuz silahlı birləşmələrin fəaliyyətinin qarşısının alınması” üçün təlimlər keçirilib.

Bakıvaxtı.az xəbər verir ki. bu barədə “Teneqraf Nyus” məlumat yayıb.

“Stolin-2024” təlimi Ukrayna və Polşa ilə sərhəddə yerləşən Brest vilayətində daxili işlər naziri İvan Kubrakovun rəhbərliyi altında baş tutub. Təlimin məqsədi “qanunsuz silahlı birləşmələrin fəaliyyətini dayandırmaq” olub.

Belarus daxili işlər nazirinin sözlərinə görə, tədbirin planı Kursk vilayətindəki vəziyyət nəzərə alınmaqla tərtib edilib və əsas məsələ əhalinin təhlükəsizliyini təmin etməkdir.


SON XƏBƏRLƏR

15 Sentyabr 2025