• Bakı 12° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Lavrovdan xəbərdarlıq: “İrana zərbə endirilsə...”

DÜNYA

12 Oktyabr 2024 | 20:25 | Müəllif: Subhan Mahmudov

Lavrovdan xəbərdarlıq: “İrana zərbə endirilsə...”

İranda mülki nüvə obyektlərinə zərbə endirmək ideyasının həyata keçirilməsi ciddi təxribat olardı.

Bakıvaxtı.az bildirir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

"İranın dinc nüvə obyektlərinə hücum planları və ya təhdidləri həyata keçirilərsə, bu, çox ciddi təxribat olacaq". - nazir qeyd edib.

Lavrovun iddiasına görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İranın nüvə proqramına kifayət qədər ciddi nəzarəti var və Tehranın nüvə proqramını hərbi kanala keçirməyə başladığına dair heç bir əlamət yoxdur.

"AEBA mütəmadi olaraq bu cür hesabatlar təqdim edir, biz bu peşəkar qiymətləndirmələrdən çıxış edirik", - Rusiyanın baş diplomatı vurğulayıb./teleqraf.com


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026