Ermənistanın Cermuk rayonunda (İstisu rayon - red) 21 kilometr şimal-qərbdə zəlzələ olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.
Seysmik mühafizə xidməti yeraltı təkanları yerli vaxtla saat 18:17-də qeydə alıb. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib, yeraltı təkanlar episentrdə 2-3 maqnituda təşkil edib.
Zəlzələ hiss edilib.
Dağıntı və ya tələfat barədə məlumat verilmir.