• Bakı 16° C

    3.11 m/s

Ukraynaya görə onlarla mübahisə edirəm - Nazir

DÜNYA

01 Sentyabr 2024 | 23:39 | Müəllif: Gülşən Şərif

Ukraynaya görə onlarla mübahisə edirəm - Nazir

 İtaliyanın müdafiə naziri Quido Krozetto zenit-raket komplekslərinin Kiyevə təhvil verilməsinin ləngiməsinin səbəbini bayram və həftə sonları ilə izah edib.

Bakıvaxtı.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Corriere della Sera" məlumat yayıb.

"İtalyan şirkətləri ilə mübahisə edirəm, çünki Samp-T kompleksini Ukraynaya çatdırmalıyam və onu hazırlamalı olan şirkət məzuniyyətdədir, şənbə və bazar günləri də işləmir, axşamlar da. Rusiya, Çin və İran şirkətləri isə həftənin yeddi günü, ilin 365 günü və gündə 24 saat işləyir", - o bildirib.

Krozetto qeyd edib ki, Rusiya, Çin və İran müəssisələri davamlı olaraq fəaliyyət göstərir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Oktyabr 2026