• Bakı 30° C

    1.14 m/s

  • USD - 1.7

    EUR - 1.9591

    RUB - 2.0816

UN-Habitat: WUF13-ün nəticəsi olaraq mühüm sənəd qəbul ediləcək 

WUF13

22 May 2026 | 14:50

UN-Habitat: WUF13-ün nəticəsi olaraq mühüm sənəd qəbul ediləcək 

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində aparılan müzakirələrin nəticəsi olaraq bağlanış sessiyasında mühüm bir sənədin - “Bakı Fəaliyyət Çağırışı”nın qəbul edilməsi gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki, bunu WUF13 çərçivəsində AZƏRTAC-a açıqlaması zamanı BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Erfan Ali deyib.

“Bu çağırış hökumətlərə, yerli idarəetmə qurumlarına və şəhərlərə iqlim dəyişikliyi, məcburi köçkünlük, qeyri-formal məskunlaşma və bərabərsizlik kimi problemlərlə mübarizədə qlobal dəstək verməyə yönələcək. Bu baxımdan WUF13 hazırda Azərbaycanda keçirilən mühüm qlobal təşəbbüsdür və biz onun nəticələrini, yekun qərarlarını səbirsizliklə gözləyirik”, - deyə Erfan Ali qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Avqust 2026