• Bakı C

    9.47 m/s

  • USD - 1.7

    EUR - 2.0105

    RUB - 2.2069

Uşaqların internet və oyunlardan mənfi təsirlərdən qorunması vacibdir - Deputat

CƏMİYYƏT

10 Fevral 2026 | 12:46

Uşaqların internet və oyunlardan mənfi təsirlərdən qorunması vacibdir - Deputat

Uşaqların və yeniyetmələrin internet, sosial media və oyunların mənfi təsirlərindən qorunması vacibdir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri deputat Ceyhun Məmmədov parlamentin bugünkü plenar iclasında deyib.

 O bildirib ki, xüsusilə sərbəst istifadə olunan bəzi internet oyunları və sosial platformalar uşaqların tərbiyəsinə mənfi təsir göstərir və bunun qarşısının alınması üçün tənzimləyici mexanizmlərin tətbiqi zəruridir.

Ceyhun Məmmədov həmçinin qeyd edib ki, artıq bir sıra Avropa ölkələrində 16 yaşadək uşaqların internetdən sərbəst istifadəsinə məhdudiyyətlər tətbiq olunur. 

Deputat ölkəmizdə də bu istiqamətdə işlərə başlanmasının vacib olduğunu bildirib və ailələrə övladları ilə daha çox vaxt keçirməyi, tərbiyə prosesinə diqqət artırmağı tövsiyə edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

09 Fevral 2026