• Bakı 20° C

    4.47 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.3884

ÜST: Şəhər sağlamlığı inteqrasiya olunmuş sistem tələb edir

WUF13

21 May 2026 | 11:28

ÜST: Şəhər sağlamlığı inteqrasiya olunmuş sistem tələb edir

“Şəhər sağlamlığı üzrə yanaşma artıq ayrı-ayrı sahələr deyil, vahid və inteqrasiya olunmuş strategiya tələb edir.”

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri WUF13 çərçivəsində keçirilən “Fəaliyyətdə sağlam və qayğıkeş şəhərlər” adlı sessiyada Ümumdünya Səhiyyə Təşkilatının (WHO) Şəhər Sağlamlığı üzrə rəhbəri Nathalie Roebbel səsləndirib.

O bildirib ki, uzun illər şəhər sağlamlığı ayrı-ayrı istiqamətlər üzrə - ekoloji sağlamlıq, sağlamlığın təşviqi və fövqəladə hallara hazırlıq kimi sahələrdə ayrı-ayrılıqda işlənilib, lakin vahid strategiya formalaşmayıb.

Onun sözlərinə görə, son illərdə qlobal sağlamlıq hədəflərinə çatmaq üçün şəhər sağlamlığının mərkəzi rol oynadığı daha aydın şəkildə qəbul olunub və yerli hökumətlərin bu sahədə gücləndirilməsi əsas prioritetə çevrilib:

“ÜST artıq sağlamlıq, iqlim dəyişikliyi, miqrasiya və ərzaq təhlükəsizliyi kimi sahələri ayrı deyil, birlikdə nəzərdən keçirən “birgə fayda” yanaşmasını təşviq edir”.

O vurğulayıb ki, 2018-ci ildə ilk dəfə olaraq mənzil və sağlamlıq üzrə normativ təlimat hazırlanıb və bu, səhiyyə sektorundan kənar sahələri əhatə edən mühüm addım olub.

ÜST rəsmisi əlavə edib ki, şəhər şəbəkələri və yerli tərəfdaşlıqlar qlobal tövsiyələrin praktik tətbiqinə çevrilməsi üçün əsas mexanizmdir və hazırda şəhər sağlamlığı üzrə təlim proqramlarının da genişləndirilməsi üzərində iş aparılır.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

20 May 2026