Britaniyada qeyri-qanuni qaçqınlar üçün nəzərdə tutulan “üzən həbsxana” qaçqınlar məskunlaşdıqdan bir neçə gün sonra boşaldılıb. Səbəb gəminin su sistemindəki bakteriyalardır.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, gəminin su sistemində legionella bakteriyası aşkar edilib. Legioner xəstəliyinə səbəb olan bakteriya aşkar edildikdən sonra içəridə qalan 39 qaçqın gəmidən çıxarılıb. Gəminin hərtərəfli təftişinə başlanılıb.
Qeyd edək ki, insan haqları müdafiəçiləri tərəfindən "üzən həbsxana" adlandırılan Bibby Stockholm gəmisi 500 nəfəri yerləşdirmək qabiliyyətinə malikdir. Britaniya hökuməti ölkəyə qeyri-qanuni yollarla daxil olan sığınacaq axtaran şəxsləri işləri yekunlaşana qədər qəbul etməyi planlaşdırır.
Məqsəd beləliklə, otellərdə qaçqınların sayını azaltmaqdır. Lakin insan haqları müdafiəçiləri müharibədən və yoxsulluqdan qaçaraq İngiltərəyə sığınan insanların bu qədər dar bir mühitdə qəbul edilməsinin düzgün olmadığını müdafiə edirlər.
Ay Tac
















