Yaponiyada 2022-ci ilin aprel-2023-cü ilin mart ayı aralığında ölkə daxilində 219 min 170 uşaq zorakılığı hadisəsi qeydə alınıb.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu, Yaponiya Uşaq və Ailə Agentliyinin son məlumatlarında yer alıb. Məlumata görə, ölkə üzrə uşaq məsləhət mərkəzlərində rekord səviyyədə istismar halları qeydə alınıb.
Vurğulanıb ki, rəsmi statistika ilk dəfə 1990-cı ildə qeydə alınıb. O vaxtdan sonra Yaponiyada qeydə alınan uşaq zorakılığı hallarının sayı son 32 ildəki ən yüksək göstəricidir.
Psixoloji zorakılıq 129 min 484 hadisə ilə qeydə alınan ən çox uşaq istismarı növüdür. Psixoloji zorakılığı 51 min 679 fiziki zorakılıq, 35 min 556 baxımsızlıq və 2 min 451 cinsi təcavüz izləyir.
Yaponiyada illik uşaq istismarı halları 1999-cu ildə 10 mini, 2015-ci ildə 100 mini, 2020-ci ildə isə 200 mini keçib.
Qeyd edək ki, məlumatlar 18 yaşdan aşağı yaş qrupunu əhatə edir.
Ay Tac















