İsraildə HƏMAS qruplaşmasının hücumu nəticəsində ölənlərin və yaralananların sayı artır.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki,oktyavrın 7-də başlayan gərginlik nəticəsində ölənlərin sayı 1200-ə yüksəlib. Yaralıların sayı isə 2700-ü keçib.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HAMAS-a qarşı əməliyyatı “Dəmir Qılınclar” adlanır.
















