• Bakı 20° C

    1.39 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Daşqınlar səbəbindən yüzlərlə məktəb bağlanacaq

DÜNYA

10 Noyabr 2023 | 01:00 | Müəllif: Subhan Mahmudov

Daşqınlar səbəbindən yüzlərlə məktəb bağlanacaq

Fransanın şimalında yerləşən Pa-de-Kale departamentinin 200 kommunasında daşqınlar səbəbindən məktəblər bağlanacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Cerald Darmanin "X" hesabında bildirib.

Milli Meteorologiya Xidməti departamentdə ən yüksək "qırmızı təhlükə" səviyyəsi elan edib.

Qurum qeyri-sabit hava şəraiti ilə əlaqədar əhalini maksimum ehtiyatlı olmağa və bütün təhlükəsizlik təlimatlarına əməl etməyə çağırıb.

Məktəblər noyabrın 12-də günün sonuna qədər bağlı qalacaq, bundan sonra hava şəraitindən asılı olaraq məhdudiyyət uzadıla bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026