• Bakı 24° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

BMT-də bayraqlar endiriləcək

DÜNYA

10 Noyabr 2023 | 00:22 | Müəllif: Subhan Mahmudov

BMT-də bayraqlar endiriləcək

BMT Yaxın Şərqdə davam edən münaqişədə həyatını itirən əməkdaşlarını anmaq üçün bayraqları yarıya endirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu BMT baş katibinin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında deyib.

Sözçü bildirib ki, beynəlxalq təşkilatın Nyu-Yorkdakı baş qərargahı ilə yanaşı, bütün ölkələrdəki ofislərində dalğalanan bayraqlar yarıya endiriləcək və bir dəqiqəlik sükut elan olunacaq.

Anım mərasimi noyabrın 13-də baş tutacaq.

Xatırladaq ki, son bir ay ərzində BMT Qəzza zolağında ən böyük humanitar təşkilatı olan Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) 88-dən çox əməkdaşının həlak olub./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026