• Bakı 13° C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Dostunu əvvəl döydü, sonra zirzəmidə kölə kimi zəncirlədi - QORXUNC HADİSƏ

DÜNYA

09 Noyabr 2023 | 22:10 | Müəllif: Subhan Mahmudov

Dostunu əvvəl döydü, sonra zirzəmidə kölə kimi zəncirlədi - QORXUNC HADİSƏ

Rusiyalı kişi dostu ilə iş məsələsində mübahisə etdikdən sonra onu kölə kimi zəncirləyib.

Bakıvaxtı.az xəbər verir ki, qorxunc hadisə Novosibirsk vilayətində baş verib. Bu barədə vilayət prokurorluğu məlumat yayıb.

Bildirilir ki, dostlardan biri fərdi sahibkar olmaq istəməyib. Qarşı tərəf buna əsəbiləşərək onu döyüb, sonra zirzəmidə pilləkənlərə zəncirləyib və onun səhərə qədər orada qalacağını bildirib.

Bir müddət sonra zirzəmini açaraq, dostundan telefonu alıb və kişini başqa otaqdakı radiatora bağlayıb. Cani sərxoş olduğundan tezliklə yuxuya gedib, bunu görən girov özünü azad edərək qaça bilib.

Faktla bağlı şübhəli şəxs barəsində cinayət işi başlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR