• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

“Atam bu ağrıya dözməyəcək” - Baydenin oğlu

DÜNYA

09 Dekabr 2023 | 19:33 | Müəllif: Subhan Mahmudov

“Atam bu ağrıya dözməyəcək” - Baydenin oğlu

"Atamın bu ağrıya dözməyəcəyini bildikləri üçün məni öldürməyə çalışırlar. Bu yolla onu vəzifəsindən uzaqlaşdırmaq istəyirlər".

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Co Baydenin vergidən yayınmaqla ittiham olunan oğlu Hunter Bayden bildirib.

"Mən bunun bitəcəyinə ümid etməyi dayandırdım, çünki atam Birləşmiş Ştatların prezidenti olduğu müddətdə onlar dayanmayacaqlar", - deyə Hunter Bayden vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Baydenə qarşı vergidən yayınmaq ilə bağlı 9 bənddən ibarət ittiham irəli sürülüb.

Belə ki, H.Bayden 2016-2019-cu illər ərzində 1,4 milyon dollar həcmində federal vergiləri ödəməməkdə ittiham edilir. O, həmçinin etibarsız vergi bəyannaməsi təqdim etməkdə təqsirləndirilir.  "Fox News" telekanalının məlumatına görə isə, Baydenin oğlunu 17 ilə qədər həbs cəzası gözləyə bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026