• Bakı 12° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Mağarada qalan 5 nəfər üçün xilasetmə əməliyyatına başlanıldı

DÜNYA

08 Yanvar 2024 | 17:03

Mağarada qalan 5 nəfər üçün xilasetmə əməliyyatına başlanıldı

Yanvarın 6-da Sloveniyanın Qraxovo bölgəsindəki Krizna mağarasına daxil olan və təyin olunmuş vaxtda görüş yerinə çatmayan 5 nəfər üçün xilasetmə əməliyyatı başlayıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, qapalı qalan insanların mağaranın girişindən 2,1 kilometr aralıda olduğu, suyun səviyyəsinin çox olması səbəbindən təxliyyənin hələ həyata keçirilmədiyi bildirilib.

Sloveniya Mağara Xilasetmə Xidmətindən verilən açıqlamada yerli vaxtla saat 08:00-da Krizna mağarasına 2 bələdçi və 3 turistin daxil olduğu bildirilib.

Üçüncü bələdçi qapalı qalan komandanın razılaşdırılmış görüş yerinə saat 15:00-da gəlməməsindən sonra səlahiyyətlilərə xəbər verdi. Saat 17.25 radələrində mağaraya çatan Sloveniya Mağara Xilasetmə Xidməti qrupları suyun səviyyəsinin yüksək olması səbəbindən evakuasiyaya cəhd etməyib, qapalı qalanlara quru paltar və qida çatdırıblar.

Xidmətin dünən verdiyi açıqlamada bildirilir ki, Krizna mağarasındakı suyun səviyyəsi qapalı vəziyyətdə qalan insanların təhlükəsiz şəkildə təxliyəsinə imkan vermir. Beş mağara dalğıcından ibarət bir qrup mağaraya qida paketləri və tələyə düşənlər üçün xüsusi quru kostyumlarla girəcək. Axşama doğru mağarada suyun səviyyəsi aşağı düşsə və hazırda keçilməz olan hissələr açılsa, həmin insanlar təxliyə olunacaq.

Sloveniya Mağara Xilasetmə Xidməti dünən axşam verdiyi açıqlamada suyun səviyyəsinin aşağı düşməyə başladığını və təxliyyənin yanvarın 8-də baş tuta biləcəyini bildirmişdi.

“Qapalı vəziyyətdə qalanların vəziyyəti çox yaxşıdır və stabildir. Qida, içki və istilik cihazları ilə kifayət qədər təchiz olunublar. Su yavaş-yavaş çəkilməyə başlayıb, ümid edirik ki, sabaha qədər şərait sıxışmış insanların xilas edilməsi üçün kifayət qədər yaxşılaşacaq", - deyə açıqlamada əlavə edilib.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026