• Bakı 16° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bu, Rusiya ilə müharibəyə hazırlığın... - NATO

DÜNYA

07 Fevral 2024 | 16:31

Bu, Rusiya ilə müharibəyə hazırlığın... - NATO

 NATO Rusiya ilə müharibəyə hazırlaşmır.

Bakıvaxtı.azxarici mətbuata istinadla xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının hərbi qərargah rəisinin köməkçisi Qunnar Brügner bildirib.

Onun sözlərinə görə, NATO-nun ən böyük “Steadfast Defender 2024” təlimi Rusiya ilə müharibəyə hazırlığın başlanğıcı siqnalı deyil.

Hərbçi təlimi “stress testi” adlandırıb:

“Biz heç kimlə müharibəyə hazırlaşmırıq. Biz reallığa yaxın bir vəziyyətə hazırlaşırıq”.

Brügner NATO manevrləri kontekstində Rusiyanın adını çəkməkdən imtina edib.

"Suda üzən hər gəmi, uçan hər təyyarə, yerdə yuvarlanan hər tank, hər əsgər - bütün bunlar saxlanma siqnalı göndərir", - deyə zabit vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov NATO-nun üçüncü dünya müharibəsinin başlanğıcını imitasiya edən “Sabit müdafiəçi 2024” hərbi təlimləri Rusiya üçün təhlükə yaratdığını deyib.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR