• Bakı 23° C

    2.17 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Putin buna görə hərbçiyə Rusiya Qəhrəmanı adı verdi

DÜNYA

08 Mart 2024 | 15:05

Putin buna görə hərbçiyə Rusiya Qəhrəmanı adı verdi

Ukrayna Silahlı Qüvvələrinin bir kolonunu məhv edən tuvalı baş leytenant Çalım Çuldum-oolu Rusiya Qəhrəmanı adına layiq görülüb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Tuva rəhbəri Vladislav Xovalıq özünün "Telegram" kanalında yazıb. O, buna görə Rusiya liderinə təşəkkür edib. 

Bildirilib ki, 55-ci qvardiya briqadasının hərbçisi Çuldum-oolu Ukrayna Silahlı Qüvvələrinin beş maşından ibarət karvanını ilk aşkar edənlərdən biri olub və qumbaraatandan atəş açılaraq iki avtomobili məhv edib. Sonrakı döyüşdə zabit tabeliyində olanların hərəkətlərini bacarıqla təşkil edib və atıcı silahlardan istifadə etməklə Ukrayna Silahlı Qüvvələrinin 10-a yaxın hərbçisini şəxsən öldürərək düşmən dəstəsini məğlub edib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026