Amerikalı jurnalist Taker Karlson agent kimi tanına bilər.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, amerikalı jurnalist Taker Karlson Rusiya prezidenti Vladimir Putinlə müsahibədən sonra ABŞ-da xarici agent kimi tanına bilər. Bunu Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Haqları Şurasının üzvü Aleksandr İonov proqnozlaşdırıb.
O, Karlsonunun qanuna cəlb edilə biləcəyini vurğulayıb:
“Amerika təbliğatı Karlsonu xarici agentlər haqqında qanuna cəlb etmək üçün hər fürsətdən istifadə edəcək”.
Mina Mikayılova















