• Bakı 7° C

    0.84 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

İsrail HƏMAS-ın 80-dən çox obyektini vurdu

DÜNYA

11 Oktyabr 2023 | 09:38

İsrail HƏMAS-ın 80-dən çox obyektini vurdu

İsrail Qəzza zolağındakı Beyt Hanunda HƏMAS-ın 80-dən çox obyektinə, o cümlədən onun terrorizmi maliyyələşdirmək üçün istifadə etdiyi iki bank filialına, yeraltı tunellərə və qruplaşmanın fəaliyyətini istiqamətləndirmək üçün yararlandığı iki əməliyyat komanda mərkəzinə zərbələr endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.

Bildirilib ki, İsrail Müdafiə Ordusu HƏMAS-ın silahların istehsalı və saxlanılması üçün istifadə etdiyi iki bazasını, müxtəlif qruplaşmaların, o cümlədən HƏMAS-ın dəniz qüvvələrinin iqamətgahında yerləşən silah anbarını, qruplaşmanın İsrailə qarşı terror fəaliyyətlərinə rəhbərlik edən İudeya və Samariyadakı mənzil-qərargahının baş əməkdaşı, keçmiş məhbus Lui Kapişanın istifadə etdiyi infrastrukturu məhv edib.

Eyni zamanda HƏMAS-ın şimaldakı briqada komandirinin qərargahına, qruplaşmanın raket qüvvələrinin istifadə etdiyi “İslami Cihad”ın əməliyyat komanda mərkəzinə də zərbələr endirilib.

İsrail qırıcıları həmçinin “İslami Cihad”ın silah anbarına və məscidin daxilində yerləşən silahlıların bazasını da vurub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026