Madridin mərkəzində naməlum şəxs katalon siyasətçi Alexo Vidal Kuadrasa atəş açıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Salamanka rayonunda baş verib. Zərərçəkən huşsuz vəziyyətdə xəstəxanaya aparılıb.
Hücum edənin motivləri açıqlanmayıb.
Qeyd edək ki, 78 yaşlı Vidal Kuadras 1991-1996-cı illərdə mühafizəkar Kataloniya Xalq Partiyasının lideri olub. 1999-2014-cü illərdə o, Avropa Parlamenti sədrinin müavini işləyib.//Oxu.az
















