• Bakı 17° C

    2.69 m/s

Madaqaskar prezidenti istefa verdi

DÜNYA

11 Sentyabr 2023 | 00:07 | Müəllif: Subhan Mahmudov

Madaqaskar prezidenti istefa verdi

Madaqaskar Respublikasının Prezidenti Andri Rajoelina noyabrın 9-da ölkədə keçiriləcək prezident seçkilərində namizəd kimi rəsmən təsdiqləndikdən sonra istefa verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Konstitusiya Məhkəməsi məlumat yayıb.

Madaqaskar konstitusiyasına görə, prezidentliyə namizəd olmaq istəyən hazırkı dövlət başçısı əvvəlcə istefa verməlidir.

Ali Konstitusiya Məhkəməsinin bəyanatında deyilib ki, Andri Rajoelina seçkilərdə namizədliyi təsdiqləndikdən sonra şənbə günü istefa ərizəsini məhkəməyə təqdim edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026