• Bakı C

    12.34 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

Vasif Talıbovun polislə bağlı qoyduğu qayda ləğv olundu

CƏMİYYƏT

28 Mart 2023 | 15:26

Vasif Talıbovun polislə bağlı qoyduğu qayda ləğv olundu

Naxçıvanda polis sahə müvəkkillərinin kütləvi şəkildə sərəncama göndərildiyi bildirilir. 

Bakıvaxtı.az xəbər verir ki, bu haqda “Gündəlik Naxçıvan” məlumat yayıb.

Xəbərdə bildirilir ki, bu addıma səbəb kəndlərdəki polis məntəqələrinin ixtisara salınmasıdır. 

2008-ci ildən bəri Ali Məclisin keçmiş sədri Vasif Talıbovun göstərişi ilə Naxçıvanın bütün kənd və qəsəbələrinin hər birində polis məntəqələri yaradılmışdı. Bu məntəqələrin hər birində müvəkkil vəzifəsi yaradılmışdı. Məlumata görə, yeni qərara səbəb ixtisar aparmaqla büdcəyə qənaət etməkdir. 

Məlumatı bir qrup sahə müvəkkili də təsdiqləyib. Onlar isə iddia edirlər ki, Naxçıvanın yeni daxili işlər naziri Süleyman Neymətov köhnə komandadan qurtulmaq üçün bu addımı atır:

“Naxçıvandakı sahə müvəkkillərinin yarıdan çoxu bir neçə gündür ki, sərəncama göndərilib. Bizə verilən məlumata görə, artıq hər kənddə polis məntəqəsi olmayacaq. 3-4 kəndi birləşdirib bir polis məntəqəsi edəcəklər. 

Sərəncama göndərilən hər kəsə deyiblər ki, işlə təmin olunacaqlar. Hələlik gözləyirik. Sərəncama göndərilənlərin hamısının işə qaytarılacağına inam yoxdur. Nazir dəyişəndən sonra bir neçə rəis və yüksək vəzifəli polis zabiti işindən azad olunub. Onların hamısını keçmiş nazirin yaxın adamları kimi yola salıblar. Çox güman ki, sahə müvəkkillərini də saf-çürük edəcəklər. İnanmadıqları, etibar etmədikləri, keçmiş nazirə yaxın hesab etdikləri adamları işlə təmin etməyəcəklər. Bu isə çoxlu sayda polis zabitinin işsiz qalmasına səbəb olacaq”.


SON XƏBƏRLƏR

18 Mart 2024