• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Üç nəfərin öldüyü dəhşətli qəzanın VİDEOSU

CƏMİYYƏT

27 Aprel 2023 | 15:20

Üç nəfərin öldüyü dəhşətli qəzanın VİDEOSU

Baş Dövlət Yol Polisi İdarəsi aprelin 23-ü saat 22:30-da Bakı Beynəlxalq Avtovağzal kompleksinin qarşısında 3 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəzanın görüntülərini yayıb.

Bakıvaxtı.az xəbər verir ki, videoda hadisə zamanı Qasımov Əhliman Əziməmməd oğlunun idarə etdiyi “Shacman" markalı yük avtomobilinin yol-hərəkəti qaydalarını kobudcasına pozması və dönmə manevrini həyata keçirərkən 34 yaşlı Məhərrəmov Famil Vaqif oğlunun idarə etdiyi “Nissan X-Trail” markalı avtomobili vurması əks olunub.

Qeyd edək ki, nəticədə minik maşınında olan sərnişinlər - 60 yaşlı Kərimova Pərvanə Xanlar qızı və 63 yaşlı Xələfova Təranə Xanlar qızı və sürücü Famil Məhərrəmov aldıqları bədən xəsarətlərindən hadisə yerində ölüblər. Digər sərnişin 4 yaşlı Məhərrəmli Vaqif Famil oğlu isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Həmin görüntüləri təqdim edirik:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR