• Bakı 21° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

"28 May"ın havası AÇIQLANDI

CƏMİYYƏT

27 May 2023 | 12:43

"28 May"ın havası AÇIQLANDI

Mayın 28-də (Müstəqillik Günü - red.) Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi axşam cənub küləyi ilə əvəz olunacaq.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, havanın temperaturu gecə 16-21° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi rayonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18° isti olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026