• Bakı 11° C

    12.08 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Sədərəkdə bəzi evlərə yağış suları doldu - VİDEO

CƏMİYYƏT

27 May 2023 | 13:30

Sədərəkdə bəzi evlərə yağış suları doldu - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu, Qaraağac kəndi ərazisində güclü yağış səbəbindən bəzi fərdi yaşayış evlərinə yağış sularının dolması barədə məlumat daxil olub.

Bu barədə Bakıvaxtı.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Hadisə ilə əlaqədar dərhal əraziyə cəlb olunan Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri görülüb.

Bundan əlavə, intensiv yağışların Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsində törətdiyi fəsadların aradan qaldırılması tədbirləri Nazirliyin qüvvələri tərəfindən davam etdirilir.


Sədərəkdə bəzi evlərə yağış suları doldu - VİDEOSədərəkdə bəzi evlərə yağış suları doldu - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026