• Bakı 12° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Üç hakim təqaüdə çıxır

CƏMİYYƏT

27 Aprel 2023 | 15:06

Üç hakim təqaüdə çıxır

Bakı Ağır Cinayətlər Məhkəməsinin üç hakimi təqaüdə göndərilir.

Bakıvaxtı.az xəbər verir ki, onlar - İradə Həsənzadə, Məhəmməd Əkbərov və İlham Mahmudovdur.

Yaş həddi ilə bağlı 3 aydır bu hakimlərin icraatına yeni cinayət işləri verilmir. Onlar araşdırdıqları sonuncu işləri yekunlaşdırdıqdan sonra hakimlik səlahiyyətləri sonlandırılacaq.

Qeyd edək ki, İradə Həsənzadə, Məhəmməd Əkbərov və İlham Mahmudov 1958-ci ildə anadan olublar. Bu il onların 65 yaşı tamam olur.

İradə Həsənzadə 12, Məhəmməd Əkbərov 5, İlham Mahmudov 4 ildir Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimidir. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR