Vaxtından əvvəl doğulmuş körpələr xüsusi diqqət və qayğı tələb edir. Mütləqdir ki, uşağın qulluğu yüksək səviyyədə olmalıdır.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitununun pediatrı Xuraman Məmmədova qurumun təşkil etdiyi canlı yayım zamanı bildirib.
Həkim qeyd edib ki, vaxtından əvvəl doğulmuş uşaqların gigiyenasına xüsusi önəm vermək gərəkdir:
"Vaxtından əvvəl və ya yeni doğulmuş uşağa duş qəbul etmək də olar. Ona isti paltarlar geyindirilməlidir".
Əli Hüseynov