• Bakı 13° C

    5.37 m/s

  • USD - 1.7

    EUR - 1.9315

    RUB - 2.042

Kiberdələduzluq DAVAM EDİR: Vətəndaşların 40 min manatı OĞURLANDI

HADİSƏ

10 Aprel 2025 | 09:39

Kiberdələduzluq DAVAM EDİR: Vətəndaşların 40 min manatı OĞURLANDI

Vətəndaşların bank kartlarından 39504 manat və 595 dollar talayıblar.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, xarici müdaxilələrlə vətəndaşların aldadılaraq bank kartlarından müxtəlif kiber üsullarla talamalar davam edir:

"Bank kartları ilə əlaqəli xarici zənglər, mesajlar cavablamadan, saxta linklərə daxil olmadan bloklanmalıdır. Əks halda bank kartında olan pul vəsaitinizi talayacaqlar.

Aprelin 9-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla – 12850, 8211, 8210, 4466, 2000, 1200, 700, 300, 300, 261, 260, 260, 175, 143, 85, 83 manat və 595 dollar pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var".


SON XƏBƏRLƏR

17 Aprel 2025