• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Vəziyyət kəskinləşir: Ermənistan-Azərbaycan toqquşması ola bilər

Gündəm

24 Noyabr 2023 | 16:27

Vəziyyət kəskinləşir: Ermənistan-Azərbaycan toqquşması ola bilər

"Ermənistan-Rusiya gərginliyi və Qərblə Rusiyanın Cənubi Qafqaz uğrunda mübarizəsi sülh danışıqlarına da təsir edəcək".

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Natiq Miri deyib.

Onun sözlərinə görə, zaman-zaman aranı qarışdırmaq və yeni münaqişə ocağı yaratmaq üçün qlobal geosiyasi güclər bu yöndə addımlar ata bilərlər: "Ermənistanın silahlandırılması, İrəvanın təhlükəsizliyinə təminatların verilməsi Nikol Paşinyanı və revanşist qüvvələri həvəsləndirə bilər. Bu yöndə ritorikalarda müəyyən sərtlik hiss olunmaqdadır”.

Müsahibimiz hesab edir ki, 2024-cü ildə müxtəlif səbəblərlə Ermənistan-Azərbaycan toqquşmasının şahidi ola bilərik: “Bu məsələdə maraqlı dövlətlər var və ciddi fəaliyyəti müşahidə edirik. Əgər Ermənistan indiki siyasətini davam etdirərsə, bir tərəfdə "sülh sənədini imzalamağa hazırıq" mesajı verdiyi halda digər yandan görüş təkliflərindən boyun qaçırarsa, vəziyyət kəskinləşə bilər".

Natiq Miri: Yeni münaqişə ocağı yaratmaq üçün qlobal geosiyasi güclər addımlar ata bilərlər

Politoloq vurğulayıb ki, noyabrın 30-da sərhədlərdə sadəcə işçi komissiyaların növbəti görüşü baş tutacaq: "İrəvanın sadəcə komissiyaların görüşə razılıq verməsi ikitərəli sülh müqaviləsinin müzakirəsi üçün nəzərdə tutulan görüşdən imtina etmək anlamına gəlir. Ermənistan öz havadarları - Vaşinqton, Brüssel və Fransadan olmadan Azərbaycanla danışıqlar aparmaq istəmir. İrəvan konkret təminatlar tələb edir ki, həmin təminatları da Ermənistana verən məhz Qərb dünyasıdır".

Aydın Baxış


SON XƏBƏRLƏR

26 Iyul 2024