• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Vinisius Junior bu ilin ən yaxşı futbolçusu seçilib

İDMAN

28 Noyabr 2023 | 10:18

Vinisius Junior bu ilin ən yaxşı futbolçusu seçilib

İspaniyanın “Real” klubunun hücumçusu Vinisius Junior ölkəsi Braziliyada 2023-cü ilin ən yaxşı futbolçusu seçilib.

Bakıvaxtı.az xəbər verir ki, 23 yaşlı forvard “Qızıl Samba” mükafatına layiq görülüb.

Səsvermədə ikinci yeri Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edən Neymar tutub. İlk “üçlüy”ü Fransa PSJ-sinin müdafiəçisi Markinyoş qapayıb.

2021-ci ilə qədər “Qızıl Samba” Avropada oynayan ən yaxşı braziliyalıya verilirdi. Son üç ildə bu mükafatı Neymar qazanıb.

Qeyd edək ki, Vinisius Junior bu mövsüm 13 oyunda 6 qol vurub, 4 məhsuldar ötürmə verib.


SON XƏBƏRLƏR

26 Iyul 2024