Ermənistan parlamentinin bugünkü iclasında Milli Məclisin vitse-spikeri Akop Arşakyanla parlament müxalifətinin lideri, keçmiş müdafiə naziri Seyran Ohanyan arasında maraqlı mübahisə baş verib. Bildiyiniz kimi, S. Ohanyan İkinci Qarabağ müharibəsi zamanı Şuşa şəhərinin müdafiəsinə rəhbərlik etmiş və Azərbaycan ordusunun uğurlu hücumundan sonra qaladan qaçmışdı.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, vitse-spiker Seyran Ohanyana İlham Əliyevin Müdafiə Sənayesi Nazirliyi yaratmaqla bağlı müdrik qərarını xatırlatdıb: “2001 -ci ildə Azərbaycan hərbi sənaye ilə məşğul olan və pilotsuz təyyarələrin istehsalına başlayan nazirlik yaradanda, Ermənistan ordusunun inkişafı üçün nə etdiniz?"
Arşakyan eks-nazirdən açıq şəkildə soruşdu: "Müharibə zamanı erməni pilotsuz təyyarələri harada idi?"
Parlamentin vitse-spikerinin sözlərinə görə, Seyran Ohanyan xatırlamalıdır ki, məhz müdafiə naziri olduğu dövrdə Azərbaycan ordusu ən müasir silahlarla silahlanmışdır.
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















