• Bakı C

    4.35 m/s

  • USD - 1.7

    EUR - 1.77

    RUB - 1.7128

Vüqar Bayramov: Bu tarixədək 140 min vətəndaşımız azad edilmiş ərazilərdə məskunlaşacaq

İQTİSADİYYAT

13 Dekabr 2024 | 11:58

Vüqar Bayramov: Bu tarixədək 140 min vətəndaşımız azad edilmiş ərazilərdə məskunlaşacaq

2026-cı ilin sonuna qədər 140 min vətəndaşımız azad edilmiş ərazilərdə məskunlaşacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurun işğal dövründə tamamilə dağıdılması iqtisadiyyata milyard dollarlarla ziyan vurub:

“Bu gün həmin ərazilərin bərpa və yenidən qurulmasını müşahidə edirik. 20 minə yaxın vətəndaşımız işğaldan azad olunmuş ərazilərimizdə məskunlaşıb. 2026-cı ilin sonuna qədər 140 min vətəndaşımız bu ərazilərdə məskunlaşacaq. Bu, bir tərəfdən Azərbaycanın iqtisadi gücünü göstərir, digər tərəfdən isə xarici siyasət üçün yeni çağırışlar və prioritetləri müəyyənləşdirir”.


SON XƏBƏRLƏR

23 Yanvar 2025