Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına son illər ərzində böyük həcmdə dövlət vəsaiti yönəldilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin fevralın 10-da keçirilən iclasında çıxışında bildirib.
Deputatın sözlərinə görə, son iki ildə Qarabağ və Şərqi Zəngəzurun bərpası üçün dövlət büdcəsindən 9,8 milyard manat xərclənib. Zəfərdən sonra bu ərazilərin yenidən qurulmasına ümumilikdə 22,1 milyard manat vəsait ayrılıb.
Vüqar Bayramov qeyd edib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə 75 mindən çox vətəndaş yaşayır və çalışır.
Deputat əlavə edib ki, ölkədə iqtisadi və institusional islahatlar dərinləşdirilib, regionda sabitlik möhkəmlənib.
Onun sözlərinə görə, ötən ilin avqustun 8-də Vaşinqtonda imzalanan anlaşma region üçün yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Əli Hüseynov
Bakı 




