• Bakı C

    9.47 m/s

  • USD - 1.7

    EUR - 2.0105

    RUB - 2.2069

Vüqar Bayramov: Son iki ildə Azərbaycan iqtisadiyyatı 5 faiz böyüyüb

İQTİSADİYYAT

10 Fevral 2026 | 11:23

Vüqar Bayramov: Son iki ildə Azərbaycan iqtisadiyyatı 5 faiz böyüyüb

Son iki ildə Azərbaycan iqtisadiyyatında artım müşahidə olunub. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov fevralın 10-da parlamentin iclasında çıxışı zamanı məlumat verib.

Deputatın sözlərinə görə, qeyd olunan dövrdə iqtisadi artım 5 faiz təşkil edib. Ümumi Daxili Məhsulun həcmi 123 milyard manatdan 129,1 milyard manata yüksəlib və nəticədə 6 milyard manatlıq əlavə dəyər formalaşıb.

Vüqar Bayramov bildirib ki, paralel olaraq sosial sahəyə ayrılan vəsaitlər də artırılıb. Son iki ildə sosial xərclər üçün ümumilikdə 32,7 milyard manat vəsait ayrılıb. Onun sözlərinə görə, 2026-cı il üçün sosial yönümlü büdcə xərcləri 17,1 milyard manat nəzərdə tutulub.

Deputat həmçinin qeyd edib ki, Prezidentin müvafiq sərəncamı ilə təxminən 1,1 milyon vətəndaşın pensiyası artırılıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR

09 Fevral 2026