q
  • Bakı 18° C

    4.31 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.2717

WUF13 çərçivəsində tərəfdaş tədbirlərin proqramı açıqlanıb

WUF13

08 May 2026 | 10:41

WUF13 çərçivəsində tərəfdaş tədbirlərin proqramı açıqlanıb

17-22 may 2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan tərəfdaş tədbirlərinin proqramı artıq açıqlanıb və müxtəlif dünya ölkələrini təmsil edən maraqlı tərəflərin həm yaradıcılığını, həm də fəal iştirakını əks etdirən 370-dən çox tədbiri ehtiva edir.

Əməliyyat Şirkətindən Bakıvaxtı.az-a verilən xəbərə görə bu tədbirlər “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu ətrafında təşkil olunacaq.

    Bildirilib ki, WUF13-ün əsas elementlərindən biri olan tərəfdaş tədbirləri yerli və milli hökumətləri, vətəndaş cəmiyyəti institutlarını, akademik dairələri, özəl sektoru, yerli təşəbbüs qruplarını və BMT qurumlarını bir araya gətirərək qlobal şəhərsalma gündəliyini formalaşdıran ideya, həll yolu və praktik təcrübələrin paylaşılması üçün platforma yaradır. Bu sessiyalar qlobal perspektivləri və yerli həlləri bir araya gətirərək dayanıqlı urbanizasiya ilə bağlı müzakirələrin real təcrübə və əməkdaşlıq müstəvisində aparılmasını təmin etməklə yanaşı, dialoqun inkişaf etdirilməsi, tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi və şəhərləri daha dayanıqlı etmək üçün həyata keçirilən fəaliyyətlərin sürətləndirilməsi baxımından mühüm rol oynayır.

    Proqramın tam mətni ilə tanış olun və aşağıdakı tədbir kateqoriyalarının hər biri haqqında ətraflı məlumat əldə edin.

    “Şəhərlərin səsi”: Qlobal dəyişikliklərə təkan verən yerli perspektivlər - Özündə 50-dən çox tədbiri birləşdirən “Şəhərlərin səsi” kateqoriyası yerli hökumətlərin, eləcə də icma liderləri və yerli təşəbbüs qruplarının perspektivlərini ön plana çıxarır.

    “Vahid BMT”: Şəhərsalma sahəsi çərçivəsində qlobal öhdəliklərin təşviqi - “Vahid BMT” tədbirləri müxtəlif regionlar və fərqli şərait fonunda dayanıqlı şəhərsalma prosesinin BMT qurumları tərəfindən necə təşviq olunduğunu nümayiş etdirir.

    “DİM-lər fəaliyyətdə”: Öhdəliklərdən icraya keçid - 30-dan çox tədbiri ehtiva edən “DİM-lər fəaliyyətdə” kateqoriyasının əsas məqsədi qlobal öhdəliklərin konkret nəticələrə çevrilməsini təmin etməkdir.

    Şəbəkələşmə tədbirləri: Gələcək tərəfdaşlıq naminə qurulan əlaqələr - 170-dən çox tədbiri əhatə edən Şəbəkələşmə tədbirləri iştirakçılara dayanıqlı şəhərsalma sahəsində qlobal liderlər, biliklərini təcrübədə tətbiq edən mütəxəssislər və innovasiyalara imza atan şəxslərlə əlaqə qurmaq imkanı yaradır.

    WUF Akademiyası: Dayanıqlı şəhərsalmanın gələcəyi naminə bilik və potensialın artırılması - Yeni WUF Akademiyası öz biliklərini təcrübədə tətbiq edən mütəxəssislər, habelə ali təhsil ocaqları və ekspertlər üçün 30-dan çox imkan təqdim edən platforma yaradaraq potensialın artırılmasına və dayanıqlı urbanizasiya istiqamətində irəliləyişin sürətləndirilməsinə töhfə verəcək.

    "Şəhər kitabxanası” və “Şəhər kinoteatrı”: Şəhərsalmanın transformasiyası üçün biliklərin mübadiləsi və real həyat hekayələrinin təqdimatı - Özündə 30-dan çox tədbiri birləşdirən Şəhər kitabxanası” iştirakçılara şəhərsalma üzrə ən son tədqiqat, nəşr və etibarlı məlumatlarla tanış olmaq üçün platforma təqdim edir.

     


    SON XƏBƏRLƏR

    07 May 2026