• Bakı 20° C

    3.36 m/s

"X" sosial media platformasında bloklama funksiyası dəyişir

DÜNYA

17 Oktyabr 2024 | 15:51 | Müəllif: Gülşən Şərif

"X" sosial media platformasında bloklama funksiyası dəyişir

"X" sosial media platformasında istifadəçi tərəfindən bloklanan şəxslər həmin istifadəçinin yazılarını görəcək, lakin qarşılıqlı əlaqə qura bilməyəcəklər.

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bu barədə şirkət açıqlama yayıb.

Dəyişikliyə əsasən, profili məxfi olmayan istifadəçi tərəfindən bloklanan şəxslər həmin istifadəçinin paylaşımlarını görəcək, lakin paylaşımları bəyənmək və ya şərh yazmaq kimi qarşılıqlı əlaqədə ola bilməyəcəklər.

Paylaşımlarını blokladığı şəxsin görə biləcəyindən narahat olan istifadəçilərə hesablarını gizlətmək tövsiyə olunub.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026