• Bakı 19° C

    2.25 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Gürcüstandakı seçkilərin yekun nəticələri açıqlandı

DÜNYA

16 Noyabr 2024 | 12:50

Gürcüstandakı seçkilərin yekun nəticələri açıqlandı

Gürcüstanın Mərkəzi Seçki Komissiyası oktyabrın 26-da ölkədə keçirilən parlament seçkilərinin yekun nəticələrini açıqlayıb. 

Bakıvaxtı.az xəbər verir ki, yekun nəticələri Gürcüstan MSK-nın katibi Georgi Cavaxişvili yekun iclasda elan edib. 

Məlumata görə, ölkənin hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası 53,93% səslə qalib gəlib və parlamentdə 150 yerdən 89-unu qazanıb. 

Bununla yanaşı, 5 faizlik səs baryerini dörd müxalif partiya da keçib. Belə ki, “Dəyişikliklər naminə Koalisiya” 11,03% səs toplayaraq 19, “Birlik - Milli Hərəkat” 10,17% səslə 16, “Güclü Gürcüstan” 8,81% səslə 14, “Gürcüstan naminə Qaxariya” partiyası isə 7,78% səslə 12 mandata sahib olub.


SON XƏBƏRLƏR

25 Aprel 2025