• Bakı 11° C

    12.73 m/s

  • USD - 1.7

    EUR - 1.7918

    RUB - 0.017

Tramp dövründə neft ucuzlaşacaq?  - Ağ Ev administrasiyası bunda maraqlıdır

DÜNYA

16 Noyabr 2024 | 14:29

Tramp dövründə neft ucuzlaşacaq?  - Ağ Ev administrasiyası bunda maraqlıdır

Donald Tramp ABŞ prezidenti seçiləndən sonra beynəlxalq aləmdə müzakirə olunan əsas məsələlərdən biri də neftin qiyməti ilə bağlıdır.

Bakıvaxtı.az-ın məlumatına görə, beynəlxalq ekspertlərin fikrincə, Tramp administrasiyası neft bazarında sabitliyin qorunmasına deyil, neft qiymətlərinin daha da ucuzlaşmasına can atacaq.

Bəs görəsən, Tramp dövründə neft ucuzlaşa bilərmi?

Mövzu ilə bağlı iqtisadçı Pərviz Heydərov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Donald Trampın hakimiyyəti dövründə neftin ucuzlaşması gözlənilir.

Onun sözlərinə görə, Ağ Ev administrasiyası neftin qiymətinin aşağı olmasında maraqlıdır:

"Trampın əvvəlki prezidentlik dövründə də Səudiyyə Ərəbistanı ilə həmişə mübahisə aparırdı ki, neftin ucuzlaşmasına şərait yaransın. Əslində Tramp neftin qiymətinin düşməsində Ağ Ev administrasiyasından daha maraqlıdır. Ona görə ki, neftin qiymətinin aşağı olması ABŞ valyutasının dəyərini artırır. Bu isə ABŞ iqtisadiyyatı üçün daha məqsədəuyğundur. Dolların dəyərinin artması ABŞ-nin dünya iqtisadiyyatına, maliyyə bazarlarına və neft üzərində nəzarətinə əlverişli şərait yaradır.

Pərviz Heydərov: Tramp neftin qiymətinin düşməsində Ağ Ev administrasiyasından daha maraqlıdır

Müsahibimiz hesab edir ki, Trampın andiçmə mərasimindən sonra neftin qiymətin aşağı olması üçün ABŞ OPEC+ ölkələrinə qarşı güclü təzyiqlər göstərəcək.

"Neftin qiyməti həm də bir sıra geosiyasi proseslərdən asılıdır. Bu baxımdan neftin hansı səbəblərdən ucuzlaşacağını dəqiq söyləmək çətindir. Sadəcə olaraq, Tramp dövründə neftin qiymətinin ucuzlaşması ehtimalı daha yüksəkdir. Çünki Tramp administrasiyası neftin ucuzlaşması üçün cəhdlər edəcək", - deyə Pərviz Heydərov əlavə edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR