Xaçmazda intihara cəhd hadisəsi olub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Qobuqıraq kənd qəbiristanlığında qeydə alınıb. G. Zeynalova həmin qəbiristanlığa gələrək burada dəfn olunan qardaşının məzarı üstündə qarnına 5 bıçaq zərbəsi vuraraq, özünə xəsarətlər yetirib.
Məlumata görə, G. Zeynalovanın qardaşı bir neçə gün əvvəl yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişib. Qadın qardaşının ölümü ilə barışa bilməyib və onun məzarı başında özünü öldürmək istəyib.
Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır. (lent.az)