• Bakı 21° C

    1.5 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Xalq artisti Şahnaz Haşımovanın səhhəti ilə bağlı AÇIQLAMA

MƏDƏNİYYƏT

23 Iyul 2023 | 15:51 | Müəllif: Subhan Mahmudov

Xalq artisti Şahnaz Haşımovanın səhhəti ilə bağlı AÇIQLAMA

“Artıq yavaş-yavaş səhhətim yaxşılaşır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu APA-ya açıqlamasında bir neçə gün öncə səhhətində yaranan problemlə bağlı xəstəxanaya yerləşdirilən Xalq artisti Şahnaz Haşımova deyib.

Xalq artisti səhhəti üçün narahatlıq keçirən hər kəsə minnətdar olduğunu deyib:

“İnanıram ki, tezliklə ayağa qalxacağam”.

Xatırladaq ki, Xalq artisti Şahnaz Haşımova səhhətində yaranan problemlə əlaqədar Gəncə Şəhər Xəstəxanasına yerləşdirilmişdi. O, daha sonra Gəncədə müalicə aldığı xəstəxanadan Bakıya - Mərkəzi Gömrük Hospitalına gətirilib və hazırda orada müalicəsi davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026