Məşhur tiktoker, yutuber Mərvə Vəziroğlu əri tərəfinfən bıçaqlanıb.
Bakıvaxtı.az türk mətbuatına istinadla xəbər verir ki, fenomenin əri Yunus Yıldırım Mərvəni 32 yerindən bıçaqlayıb. Bu barədə tiktoker sosial şəbəkə hesabında paylaşım edib. O, yaralı əlini paylaşaraq "möcüzəvi şəkildə həyatda qaldım" deyə bildirib.
İddialara görə, cütlük 20 gün əvvəl naməlum səbəbdən mübahisə etməyə başlayıb. Daha sonra Yunus Yıldırım yataq otağında Mərvə Yıldırıma hücum edib. Daha sonra Y.Yıldırım törətdiyi əmələ görə, özü polisə məlumat verib.
Xəyalə Rza

















jpg-1695104546.webp)


