Ötən axşam Ataşehirdə səhnəyə çıxan aktrisa, müğənni Şevval Sam maraqlı açıqlaması ilə diqqət çakib.
Bakıvaxtı.az xəbər verir ki, Şevval yaxın dostu, həmkarı Eda Ece haqqında danışıb. Belə ki, 2 ay əvvəl basketbolçu Buğrahan Tuncerlə nigah masasına əyləşən Eda yaxın aylarda ana olacaq.
"Xala olacağım üçün sevincdən 3 dəfə hoppandım. Gələn yay Eda "Bir az körpəyə sən bax" deyə bilər. Bu, mənim üçün böyük zövq olardı. Bildiyiniz kimi, mən oğlumu (Tarık Əmir Təkini) böyüdüb 26 yaşına gətirmişəm. Amma bu günlərdə nəvə sevə bilmədiyimiz üçün körpə həsrətimizi Edanın övladı ilə qarşılayacağıq”,-deyə bildirib.
Qeyd edək ki, ötən aylarda final edən "Yasak Elma" serialında Şevval "Ender", Eda isə "Yıldız" obrazına həyat verib.
Xəyalə Rza
















