"Bu, çox aktual mövzudur. Ancaq bunun iki tərəfi var. Bir tərəf baxır mənə, görür ki, narkotik maddə istifadə etdikdən sonra sağalmaq mümkündür. Digər tərəf də düşünür ki, qoy mən də istifadə edim. Bir müddət sonra tərgidərəm".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri meyxanaçı-müğənni Rüfət Nasosnu verilişlərin birində səsləndirib. Onun sözlərinə görə, bəzi insanlar narkotik maddə istifadə etməyi özünə fəxr bilir.
"İnsanlar müxtəlifdir. Elələri var ki, bunu fəxrlə danışır. Deyir ki, mən filankəslərlə oturub-durub, filan işləri edirəm. Onu da deyim ki, kim istifadə edibsə, onu ya qonşusu, ya da yaxın bir dostu, tanışı bu işə sövq edib",-deyə meyxanaçı qeyd edib.
O etiraf edib ki, 17 yaşından 34 yaşına qədər narkotik maddə asılılığından əziyyət çəkib: "Dostum məni öyrətdi. O da uşaq idi, 17-18 yaşı var idi. 34 yaşımdan sonra müalicə almadan özüm sağaldım. Gərək birinci bu asılılığı beynində bitirəsən. Ağrılarım olanda ağrıkəsici istifadə edirdim. Çətin oldu, amma bacardım".
Xəyalə Rza


jpg-1697521845.jpg)













