“Həyatımda möhkəm dostluq etdiyim xanım var, bu, sevgiyə çevrilə bilər. Evlənə də bilərik”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Rəvan Qarayev verilişlərdən birində deyib.
Sənət adamlarının da bir çoxunun həmin xanımı tanıdığını deyən müğənni onun adının açıqlamaqdan imtina edib.
İfaçı xanımın həkim olduğunu deyərək ona efir vasitəsi ilə səslənib: “Səni çox istəyirəm, həyatımda ən dəyərli insanlardan birisən. Mən səni çox sevirəm”.
Qeyd edək ki, Rəvan Qarayev iki dəfə ailə qurub boşanıb.
Ziyafət Əlisoy
















