• Bakı 13° C

    1.2 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

“Eləsini tapsam, mən də ərə gedərəm” - Kənan MM

MƏDƏNİYYƏT

15 Noyabr 2023 | 10:06

“Eləsini tapsam, mən də ərə gedərəm” - Kənan MM

“Qadınların istəyi - "milyonçu olsun, işimə qarışmasın, idmançı olsun". Eləsini tapsam, mən də ərə gedərdim".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri rejissor Kənan MM (Kənan Mahmudov – red.) qonaq olduğu "Qapqara" verilişində deyib.

Qadınların kasıb oğlanlarla evlənməməsi mövzusuna da toxunan Kənan MM onların bu mövzuya görə qınanılmasını qəbul etməyib: "Qadınlar var ki, çıxıb deyirlər ki, "mən kasıb kişiyə ərə getmərəm". Bunu cəmiyyət içində deyir, tanıyır, onu bilirik. Bunu evdə oturub düşünən başqa qadın yoxdur. Heç bir qadın kasıb kişiyə ərə getməz. Bu, söyüş deyil. Hər kəsin yaxşı yaşamaq arzusu var. Burada nə var ki?”

“Bəyəm oğlanlar varlı qızla evlənmək istəmir?” deyən Kənan MM qeyd edib ki, belə oğlanların sayı da çoxdur. Onun sözlərinə görə, niyə kişinin dediyi hər bir söz cəmiyyətdə müzakirə olunmur: “Amma yazıq qadının dediyi hər fikir müzakirə olunur. Qadın qarnında bir dünya daşıyır, bir dünya sığdırır. Amma biz bəzən bir qadını bir dünyaya sığdıra bilmirik".

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Noyabr 2026