“İnsan bəzən birindən elə qorxur ki, artıq o arada olan söhbətlərdən sonra başqasına da şans verməyə qorxursan”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Zeynəb Həsəni “Maqazin plus” verilişinə açıqlamasında deyib.
Ailə qurmamasının səbəblərindən danışan ifaçı özünə uyğun insan seçə bilmədiyini deyib: “Qapamışam ee bəxtimi, bütün qapıları bağlamışam”.
Müğənni dəfələrlə evlənməyə cəhd etsə də, alınmayıb: “İstəmişəm evlənim. 3 dəfə olub. Addım atmışam, amma qismət olmayıb. Razıyam həyatımdan, demək, belə məsləhət imiş ki, alınmayıb”.
Ziyafət Əlisoy
















