Pop starı Ajda Pekkan geyim tərzi ilə adından söz etdirib.
Bakıvaxtı.az xəbər verir ki, yay boyu fasiləsiz konsert proqramları ilə izləyicilərinin qarşısına çıxan Ajda Pekan ötən gecə yenə konsert verib.
Səhnə performansı, bədən ölçüləri ilə gənc qızlara meydan oxuyan 77 yaşlı sənətçi bu dəfə pişik kostyumu geyinib.
Onun bu performansını tamaşaçılar maraqla qarşılayıb.
Qeyd edək ki, Ajda Pekkanın sözügedən konsert proqramında Cem Adrian və başqa sənətçi dostları da qonaq qismində iştirak edib.
Xəyalə Rza


















